Maykl Ceksonun pedofilliyindən bəhs edən sənədli filmdən görüntülər – VİDEO
    • 21-02-2019, 11:26
    • 1 856

Maykl Ceksonun pedofilliyindən bəhs edən sənədli filmdən görüntülər – VİDEO

Xəbər verdiyimiz kimi, mərhum Maykl Cekson haqda 4 saatlıq sənədli film çəkilib.

News24.az xəbər verir ki, sözügedən ekran işinin anonsu artıq yayımlanıb.

M. Ceksonun varislərinin geniş ekranlara çıxmasını istəmədiyi sənədli filmin baş qəhrəmanları azyaşlıykən ifaçının cinsi münasibətdə olduğu, hazırda yaşları 30-35 arası olan Cimmi Seyfçak ilə Ueyd Robsondur.

“Sandens” kinofestivalında təqdim olunan təxminən 2 dəqiqəlik treylerdə U.Robsonun açıqlaması hər kəsi şoka salıb:

“O mənə dedi ki, əgər nə etdiyimizi kimsə bilsə, bizim ikimizi həbs edəcəklər”.

Filmin treylerini rəqdim edirik:

Teymur MƏMMƏDOV