Maykl Cekson haqda çəkilən filmdə pedofil olmasından bəhs ediləcək
    • 11-01-2019, 11:26
    • 2 147

Maykl Cekson haqda çəkilən filmdə pedofil olmasından bəhs ediləcək

2009-cu ildə qəfil ölümü ilə dünyaya səs salan pop kral Maykl Cekson haqda çəkilən və bu ayın sonu təqdimatı baş tutacaq filmin ətrafında qalmaqal səngimək bilmir. 

News24.az xəbər verir ki, "Neverlendi tərk edərkən" adlı ekran işi mərhum ifaçının qohumlarını narahat edir. Buna səbəb isə ekran işində M.Ceksonun uzun illər 7 və 10 yaşlı oğlan uşaqlarına qarşı etdiyi seksual hərəkətlərin nümayiş olunmasıdır.

Hazırda yaşları 30-dan çox olan zərərçəkənlər filmdə pop kralın onlara qarşı etdiyi hərəkətlər və başlarına gələnlərin gələcək həyatları təsiri barədə açıqlamalar ediblər. 

Maykl Ceksonun qohumları sənədli filmdən xəbər tutduqdan sonra rəsmi məktub yazaraq bunu ifaçının adından istifadə edərək pul qazanmaq üçün atılan aciz addım adlandırıblar.