Ukraynada Kaxovka SES-in bəndi partladıldı - İNSANLAR TƏXLİYƏ EDİLİR
    • 6-06-2023, 09:05
    • 345

Ukraynada Kaxovka SES-in bəndi partladıldı - İNSANLAR TƏXLİYƏ EDİLİR

Ukraynanın cənubundakı Xersonda Nova Kaxovka su elektrik stansiyasının bəndi vurulub.

News24.az xəbər verir ki, Dnepr çayındakı bənd bölgədə böyük daşqınlara səbəb olub. 

Bölgənin 80-dən çox yaşayış məntəqəsində təxliyə işlərinə başlanılıb. 

Ukrayna ordusu Rusiya qüvvələrinin bəndi partlatdığını bildirib.

Rusiya xəbər agentlikləri isə Rusiya qüvvələrinin nəzarətində olan bəndin bombardman nəticəsində dağıdıldığını açıqlayıb. Rusiya rəsmisi isə hadisənin  "terror hücumu olduğunu" qeyd edib. /Haber Global/