Rusiya ordusu Ukraynada binaları vurdu: 8 nəfər həyatını itirdi
    • 28-04-2023, 11:41
    • 224

Rusiya ordusu Ukraynada binaları vurdu: 8 nəfər həyatını itirdi

Rusiyanın Ukraynanın Uman və Dnepr şəhərlərinə təşkil etdiyi hücumlar nəticəsində 8 nəfər həyatını itirib.

News24.az TRT Haber-ə istinadən xəbər verir ki, Rusiya ordusu gecə saatlarından etibarən 20-dən çox raket və 2 pilotsuz uçuş aparatı ilə paytaxt Kiyev və Ukraynanın digər bölgələrini hədəf alıb.

Bildirilib ki, vurulan raketlərin hissələri və pilotsuz uçuş aparatları bir məhəllədə elektrik xətlərinə və yola ziyan vurub, itki yoxdur.