"Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər" - Tanınmış jurnalist canına qəsd edəcəyini dedi
    • 6-06-2023, 09:39
    • 643

"Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər" - Tanınmış jurnalist canına qəsd edəcəyini dedi

"Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa - üzr istəyirəm. Haqqınızı halal edin. Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər".

News24.az xəbər verir ki, bu sözləri tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev "Facebook" hesabında yazıb. 

"İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən, məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər" - deyə Ceyhun Rzayev bildirib. 

Qeyd edək ki, Ceyhun Rzayevlə valideynləri arasında bir müddətdir yaşadığı evlə bağlı problem yaşanır. Telejurnalistin valideynləri onu və ailəsini yaşadığı evdən çıxarmaq istəyirlər.