"Dünyanın ən bədbəxt insanıyam" - Rahidə
    • 12-09-2019, 22:14
    • 1 219

"Dünyanın ən bədbəxt insanıyam" - Rahidə

"Soyadımı "Baxış" deyə, təqdim edənlərə əsəbiləşirəm. Kimsə qəsdən elə desə, həmin məkandan küsüb gedə də, bilərəm. Xoşlamıram məni elə çağırsınlar".

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova "Tap qazan" verilişində qonaq olarkən deyib. Yay mövsümünü çox sevdiyini bildirən sənətçi soyuq havada depressiyaya girdiyini söyləyib:

"Soyuq olanda, elə bilirəm dünyanın ən bədbəxt insanıyam. Tək deyiləm, ətrafımda ailəm, dostlarım var. Amma payızda elə bilirəm dünyada bir tək mən qalmışam. Ağlamaq tutur məni. Günəş çıxanda, yayda xoşbəxt oluram, sevirəm isti havaları".