Toivo Klaar Azərbaycana gələcək
    • 6-06-2023, 10:53
    • 326

Toivo Klaar Azərbaycana gələcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Azərbaycana səfərə gələcək.

News24.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Hazırda xüsusi nümayəndə Klaar İrəvanda səfərdədir.

Toivo Klaar regionda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması ilə bağlı müzakirələri davam etdirəcək.