Şəkidə 4 otaqlı ev yandı
    • 6-06-2023, 12:50
    • 193

Şəkidə 4 otaqlı ev yandı

Şəkidə fərdi yaşayış evində yanğın olub.

News24.az xəbər verir ki, rayonun Aran kəndində, kənd sakini Qədim Hacımurad oğlu Kabulova məxsus, ümumi sahədə 140 kv/m olan birmərtəbəli kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və evə bitişik tikilmiş ümumi sahəsi 180 kv/m olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.