Zaqatalada beşotaqlı ev yanıb - FOTO
    • 14-04-2023, 22:33
    • 263

Zaqatalada beşotaqlı ev yanıb - FOTO

Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb.

News24.az-ın məlumatına görə, yanğın hadisəsi bu gün axşam saat 18:40-da rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Fatimə İsa qızı Arzumanova məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Evin yaxınlığındakı digər tikililər yanğından xilas edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.