Nazirlikdən əməkhaqqları ilə bağlı xəbərdarlıq
    • 21-02-2019, 13:52
    • 1 399

Nazirlikdən əməkhaqqları ilə bağlı xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən News24.az-a verilən məlumata görə, işçilərin minimum əmək haqqı 180 manata çatdırılmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edilərək martın 1-dək elektron informasiya sisteminə daxil edilməlidir.
Xidmət  işəgötürənlərin nəzərinə çatdırır ki, onlar minimum əməkhaqqından aşağı maaş alan işçilərin əməkhaqqını 180 manata çatdırmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edərək, mart ayının 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər. 
19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərdən maaşı minimum əmək haqqından aşağı olan işçilərin də əmək haqlarında işəgötürənlər tərəfindən artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.
Müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur.

Nigar MƏMMƏDOVA