Şairə Rəhim Rəhimlinin son günlərindən danışdı:
    • 7-06-2023, 15:11
    • 535

Şairə Rəhim Rəhimlinin son günlərindən danışdı: "Ayağından qan tökülürdü" — VİDEO

"Ölümündən bir neçə gün əvvəl, çəkilişdə bir yerdə olduq. Ora gələndə mən ona baxdım, çox pis vəziyyətdə idi. Yeriyə bilmirdi. O, sənətini nə qədər sevirdisə, səhnə ayaqqabısı geyindiyi ayağından qan tökülürdü. Rəhim o ayaqqabı ilə elə oynadı, adam heç hiss etmirdi onun ayağı belə vəziyyətdə ola bilər".

News24.az xəbər verir ki, bu sözləri şairə Könül Nazimqızı mərhum müğənni Rəhim Rəhimlinin xəstəliyindən danışarkən deyib.

"AStar" layihəsinə qonaq olan şairə Rəhimə dəfələrlə müalicə olunmağı təklif etsə də, onun bunu qəbul etmədiyini deyib:

"İnsan bilir də artıq bu sondur. Həkimlə 2-3 dəfə görüş təyin etmişdim ki, gedək, sonra zəng etdim, gördüm nömrəyə zəng çatmır. Axşam zəngimi açır ki, "Yatmışdım, sabah söz verirəm gedərik". Sabah da eyni vəziyyət... Yenə nömrəsinə zəng çatmırdı. O verilişdə onu kənara çəkdim dedim həkimə gedək. Analizlərinə baxmışdım. Dedim sən öləcəksən! Ağladı, dedi ki, "Bacı artıq gecdir".

Xatırladaq ki, Rəhim Rəhimli ötən ilin sentyabrın 30-da vəfat edib. Müğənni kəskin ağciyər, ürək çatışmazlığından dünyasını dəyişib.