Əfqanıstanda 40 məktəbli sudan zəhərləndi

Əfqanıstanda 40 məktəbli sudan zəhərləndi Dünya
Əfqanıstanın qərbindəki Fərəh vilayətində dini ibtidai məktəbdə 40 məktəbli kütləvi şəkildə içməli sudan zəhərlənib.

Bu barədə yerli mənbələrə istinadən "Hasht-e Subh" qəzeti məlumat yayıb.

Hadisə əyalətin qərbində yerləşən Qala-i-Kah rayonundakı qızlar məktəbində baş verib. Zərərçəkənlərdən bəzilərinin xəstəxanaya yerləşdirilməsi tələb olunub, onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmır. Suyun toksikliyinə nəyin səbəb olduğu hələ də məlum deyil./Report/