Hərəkətdə olan qatar yandı - Xəsarət alanlar var
Vyanadan Amsterdama gedən qatarda yanğın baş verib.
News24.az xəbər verir ki, qatarda olan 200 sərnişindən 45-ə yaxını evakuasiya zamanı xəsarət alıb.
Qatar İnsbruk şəhəri yaxınlığında Alp dağlarında tuneldən keçərkən alovlanıb. Yanğının qarşısı alınıb.
İlkin məlumata görə, onlar tüstüdən zəhərləniblər.
Yanğına səbəb əlaqə naqilinin qırılması olub. Kabel qatarda daşınan avtomobillərin üzərinə düşüb və onların alovlanmasına səbəb olub.
Yanğın itkisiz söndürülüb. /AFP/