Bakıda toy karvanında dava düşüb - VİDEO
    • 8-06-2023, 13:39
    • 205

Bakıda toy karvanında dava düşüb - VİDEO

Bakıda toy karvanında dava düşüb.

İki ''Niva'' markalı avtomobilin sürücüsü yolda  ''Prius'' markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Avtomobillərdən birinin sürücüsü hərəkətin əksinə dayanaraq digər nəqliyyat vasitələrinin gedişinə maneə yaradıb. Bununla bağlı videokadrlar sosial şəbəkələrdə paylaşılıb.

News24.az Xəzər TV-yə istinadən bildirir ki,hadisə paytaxtın Neftçilər prospektində qeydə alınıb. Hələlik bilinməyən səbəbdən ağ və qara rəngli ''Niva'' markalı avtomobillər hərəkətdə olan ''Toyota Prius'' markalı maşını sıxışdırıblar. Daha sonra avtomobillərin sürücüləri arasında mübahisə olub.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, yayılan görüntülər nəzarətə götürülüb və sürücülərin aşkarlanaraq inzibati qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində axtarış aparılır.

Qeyd edək ki, baş verən bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 100 manat və 4 balla nizamlanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.