Bakıda "Prius" sürücüsü sərnişini bıçaqladı
    • 17-11-2022, 18:27
    • 264

Bakıda "Prius" sürücüsü sərnişini bıçaqladı

Bakıda Toyota "Prius" markalı avtomobilin sürücüsü yanında oturan şəxsi bıçaqlayıb.

News24.az "BAKU.WS"-ə istinadən bildirir ki, şahidlərin sözlərinə görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Sürücü avtomobilindəki şəxsə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib ki, məsələdən məlumatlıdırlar.

"Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək".