Azərbaycan Premyer Liqasında yeni mövsümün BAŞLAMA TARİXİ AÇIQLANDI
    • 8-06-2023, 13:56
    • 186

Azərbaycan Premyer Liqasında yeni mövsümün BAŞLAMA TARİXİ AÇIQLANDI

Misli Premyer Liqasında 2023/24 mövsümünün start tarixi müəyyənləşib.

News24.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Yeni futbol mövsümü avqustun 4-də başlanacaq. Misli Premyer Liqasından 1 gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.

Qeyd edək ki, yarışların püşkatması və digər detalları yaxın müddətdə dəqiqləşəcək.