Azərbaycan Premyer Liqasında mövsümün ən yüksək məhsuldarlığı qeydə alınıb
    • 12-11-2018, 14:38
    • 986

Azərbaycan Premyer Liqasında mövsümün ən yüksək məhsuldarlığı qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu iki turdan sonra yenidən təzələnib. 

Çempionatın XI turunda qapılara 17 qol vurulub. Orta məhsuldarlıq isə 4,25-ə bərabər olub. 
Bundan öncə mövsümün ən yüksək göstəriciləri II və IX turda qeydə alınıb. Hər iki turda qapılara 14 top vurulub. 
Qeyd edək ki, XI turda "Sabah"dan başqa bütün komandalar qol vura bilib. "Keşlə" səfərdə "Sumqayıt"ı 4:1,  "Qarabağ" "Qəbələ"ni 3:1, "Səbail" "Sabah"ı 4:0 hesabı ilə üstələyib. "Neftçi" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2. 

//Report