Şəmkirdə narkotik satan və alan şəxslər saxlanıldı – FOTO
    • 9-06-2023, 12:30
    • 160

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanıldı – FOTO

Şəmkir tayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Allahyar Məmmədov saxlanılıb.

News24.az xəbər verir ki, üzərindən “heroin” aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni “Elxan” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Allahyar Məmmədova narkotik maddəni 20 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elxan Əliyev də saxlanılıb. Üzərindən “heroin” aşkar edilən E. Əliyev istintaqa təhvil verilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində saxlanılan rayon sakini Firuddin məmmədovdan isə “heroin” və şprislər aşkar olunaraq götürlüb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.