Orxan Fikrətoğlu vəzifəsindən azad edildi
    • 9-06-2023, 16:43
    • 233

Orxan Fikrətoğlu vəzifəsindən azad edildi

Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, Agentlikdən “Report”a bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb.

O.Sadıqovun yerinə təyinat olmayıb. O, mədəniyyət naziri Adil Kərimlinin müşaviri vəzifəsinə təyinat alıb.