Həftəsonu milli parklarda gözlənilən hava şəraiti açıqlandı
    • 9-06-2023, 17:00
    • 369

Həftəsonu milli parklarda gözlənilən hava şəraiti açıqlandı

İstirahət günlərində (mayın 10-11-də) milli parklarda gözlənilən hava şəraiti açqılanıb.

News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Samur–Yalama milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 11-də gündüz şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-16 °isti, gündüz 23-26° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 11-də gündüz qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Ağgöl milli parkında əsasən yağmursuz keçəcəyi, lakin 11-də gündüz arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 22-27° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 10-da axşam, 11-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-12° isti , gündüz 15-20° isti olacaq.

Şirvan milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gecə və axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 ° isti, gündüz 25-30° isti olacaq.

Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq.