-
- 10-06-2023, 16:03
- 16 360
Bakıda qadın öz əkizini bıçaqladı – İNANILMAZ SƏBƏB
Bakıda qeyri-adi bıçaqlanma hadisəsi baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1970-ci il təvəllüdlü Püstə Quliyeva əkiz qardaşı Atamoğlanı bıçaqlayıb. 3 bıçaq xəsarəti alan şəxs xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib.
Araşdırmalar zamanı məlum olub ki, Püstə Quliyeva əsəb xəstəsidir və epilepik tutmaları olur. Əvvəllər ailə qurmamış qadın qardaşının ona qarşı etdiyi intim xarakterli hərəkətlərdən bezdiyi üçün onu bıçaqlayıb. Belə ki, hadisə baş verən gün Atamoğlan Quliyev sərxoş vəziyyətdə bacısının yaşadığı mənzilə gələrək yersiz zarafatlar edib, bacısını öpüb qucaqlayıb. Bundan əsəbiləşən Püstə digər bacısını və rəfiqəsini evə dəvət edib. Həmin şəxslərin gəlməsinə baxmayaraq, Atamoğlan əməllərindən qalmayıb. Daha sonra o, bacısına onu qardaşı kimi sevdiyini, kefini açmaq üçün qucaqladığını deyib. Lakin qadın qardaşının dediklərini qəbul etməyib, onun hərəkətlərindən boğaza yığıldığını deyərək mətbəxə keçib. Mətbəxdə bıçaq götürərək qardaşına hücum edib. Ona bıçaqla 3 zərbə endirib. Zərbələrdən biri Atamoğlanın qarın boşluğuna daxil olaraq bağırsağını kəsib. Bu da daxili qanaxmaya səbəb olub.
Atamoğlan Quliyev xəstəxanaya daxil olandan dərhal sonra polisə məlumat verilib. Onun bacısı tərəfindən bıçaqlanması məlum olub və qadına Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və işə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb.
Məhkəmədə bıçaqlanan şəxs bacısından şikayətçi olmadığını bildirib və onu bağışladığını deyib. Atamoğlanın əvvəllər polis orqanlarında çalışması və daha sonra xidmətdə yol verdiyi nöqsanlara görə işdən çıxarılması da məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmü ilə Püstə Quliyevaya 1 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, azadlıqda qalıb.
Taleh BAĞIROV