İranda iki ziyarətgah yandırılıb

İranda iki ziyarətgah yandırılıb Dünya
İranın İlam vilayətində iki ziyarətgah yandırılıb.

Bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki ziyarətgah naməlum şəxslər tərəfindən yandırılıb.

İlam prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib.

Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb. /APA/