-
- 12-06-2023, 11:15
- 259
Ali məktəblərə qəbul üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı
I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2023-cü il 20 iyun saat 23:59-dək aparılacaq.
DİM-dən News24.az-a verilən xəbərə görə, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.
12 iyun saat 09:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 6547 , II ixtisas qrupu üzrə 5796 , III ixtisas qrupu üzrə 6628 , IV istisas qrupu üzrə 1724 olmaqla, ümumilikdə isə 20695 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.