Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatdı
    • 18-03-2022, 11:04
    • 727

Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatdı

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

News24.az xəbər verir ki, 96 629 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizəsini təsdiq edənlərdən 88 123 nəfəri Azərbaycan, 8 148 nəfəri isə rus bölməsi üzrə oxuyan abituriyentlər olub.

I ixtisas qrupu üzrə 32 156, II ixtisas qrupu üzrə 20 067, III ixtisas qrupu üzrə 21 200, IV ixtisas qrupu üzrə 5 217 nəfər, V ixtisas qrupu üzrə 69 554 qeydiyyatdan keçib.

Eyni zamanda 74 146 nəfər isə kolleclərə (11 illik) keçiriləcək qəbul imtahanı üçün ərizəsini təsdiqləyib.