Sərvər Bəşirlinin iki mərtəbəli evi - VİDEO
    • 12-06-2023, 14:20
    • 214

Sərvər Bəşirlinin iki mərtəbəli evi - VİDEO

Köhnə "VAZ-2105"i ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən Sərvər Bəşirlinin iş adamı, “Atlas Mədən Məhsulları və İnşaat”ın İdarə Heyətinin sədri Sebahettin Civeleyin sponsorluğu ilə tikilən evinin ilkin inşaatı yekunlaşıb.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, ev tam hazır olanda Sebahettin Civelek Bakıya gələcək və söz verdiyi kimi, hazır evin eyvanında Sərvər Bəşirlinin çayını içəcək.

Sentyabrın 20-də (bu il) evin tam formada Sərvər Bəşirliyə təhvil veriləcəyi planlaşdırılır.

Musavat.com-a verilən məlumata görə ev içinin əşyaları ilə birlikdə, tam formada sahibinə təhvil veriləcək.

Evin hazırkı vəziyyəti və inşa prosesi ilə bağlı  görüntüləri təqdim edirik: