-
- 12-06-2023, 15:47
- 226
Məktəblərə “Son zəng” ilə bağlı təlimat göndərildi
"Son zəng" keçirilməsi ilə bağlı məktəblərə təlimat göndərilib.
News24.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
"Həmin təlimatlara əsasən, son zəng məktəb həyətində, məktəbyanı sahədə keçirilməlidir. Təhlükəsizliyin təminatı ilə bağlı müəyyən təlimatlar da göndərilib. Düşünürük ki, son zəngin təşkil edilməsi bağlı məktəblər də məsuldur",- deyə M.Vəliyeva əlavə edib.
Xatırladaq ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 26 453 şagird 11-ci sinifdən məzun olacaq.