Bakı məktəblərində 20 direktor işdən çıxarılıb
    • 24-06-2021, 11:51
    • 441

Bakı məktəblərində 20 direktor işdən çıxarılıb

2020-2021-ci tədris ilində Bakı məktəblərində 20 direktorun müqaviləsinə xitam verilib.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
M.Vəliyeva vurğulayıb ki, növbəti tədris ili üçün Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer var və Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsinə çıxarılıb.