Cəlilabadda bu gün 6 yanğın hadisəsi olub
    • 13-06-2023, 00:16
    • 235

Cəlilabadda bu gün 6 yanğın hadisəsi olub

Cəlilabad rayonunda bu gün bir neçə yanğın hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisələrdən biri Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, yolun kənarında qeydə alınıb. Bu yanğın nəticəsində 0.5 hektar ərazidə quru kol-kos yanıb.

Daha sonra rayonun Bəcrəvan kəndində minik avtomobili yanaraq, kül olub.

Həmçinin, Cəlilabad şəhərinin Qurtuluş küçəsində 2 ərazidə və rayonun Alar kəndi ərazisində məişət tullantıları yanıb.

Daha bir yanğın hadisəsi rayonun Təklə kəndində bələdiyyəyə aid ərazidə biçilməmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 3 hektar biçilməmiş taxıl sahəsi yanıb.

Bütün yanğın yerlərinə yanğınsöndürənlər və texnikalar cəlb olunaraq yanğınlar söndürülüb.

Faktlarla bağlı araşdırma aparılır.