-
- 13-06-2023, 10:31
- 318
"Medera"da vəfat edən qadının ərindən ŞOK AÇIQLAMALAR: Bizə video göstərdilər... — VİDEO
Bakıda “Medera” Hospitalında plastik əməliyyatdan sonra vəfat edən Aygün Abbasovanın ailəsi onun ölüm kağızını ala bilmir. İmedia TV xəbər kanalında jurnalist İntiqam Valehoğlunun suallarını cavablandıran A.Abbasovanın həyat yoldaşı Nazim Abbasov şok açıqlamalar verib. Onun sözlərinə görə, həyat yoldaşı mədə əməliyyatı da edilib:
"Medera"da bildirdilər ki, bura sizin üçün prokurorluq deyil. Bizim adamımız orda rəhmətə gedib və ən azından bizi normal qarşılamalı idilər".
N.Abbasov bildirib ki, həyat yoldaşı iki il öncə ana olandan sonra qarın nahiyəsində yaranmış qüsurlara görə əməliyyat etdirmək qərarına gəlib:
"Qeysəriyyə əməliyyatından sonra qarnında müəyyən sallanmalar var idi və çox eybəcər formada görünürdü. Amma sonradan məlum olur ki, həyat yoldaşımın mədəsini də əməliyyat ediblər. Mən bildiyim bir əməliyyatdır, amma indi deyirlər ki, hospitalda edilən başqa əməliyyatdır. İcraçı direktor Lalə Babayeva deyir, indiki qadınlar əməliyyata gələndə həyat yoldaşlarına bir əməliyyat deyib, ikisini etdirirlər. Onların sözündən belə çıxır ki, həyat yoldaşım məni aldadıb, amma bu, boş şeydir, əlimdə rəsmi heç bir kağız yoxdur".
Nazim Abbasov bildirib ki, həyat yoldaşının əməliyyatdan sonrakı bəzi görüntüləri onlara göstərilib:
"Hospitalın icraçı direktoru Lalə Babayeva bizə qısa videolar göstərir. Mən də deyirəm ki, bizə tam videonu göstərin".
Qeyd edək ki, “Medera” hospitalının plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib.
Vəfat edən qadın Göyçayda dəfn edilib.