-
- 22-02-2019, 12:43
- 1 341
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etik müvəkkil və informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.
Nazirlikdən News24.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq Əmrinə əsasən, nazirliyin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova etik müvəkkil təyin edilib.
O, nazirlik sistemində etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli işlərini yerinə yetirəcək.
Əmrə əsasən, həmçinin informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi və onun əldə olunmasının təşkili məqsədilə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.