-
- 13-06-2023, 13:23
- 1 006
Həkimdən suçiçəyi ilə bağlı XƏBƏRDARLIQ - Heç yoluxmamaq istəyirsinizsə...
Suçiçəyi tez-tez görünən yoluxucu xəstəlik olsa da, hazırda bu xəstəliyə yoluxma kəskin artıb. Bəs, suçiçəyinə yoluxanların sayının artmasına səbəbi nədir?
Mövzu ilə bağlı News24.az-a açıqlamasında infeksionist Sevinc Səfərzadə bildirib ki, ötən il karantin rejimində olmağımız kəskin yoluxmanın qarşısını alırdı: "Keçən il maskadan istifadə edirdik və gigiyena qaydalarına riayət edirdik. Uzun müddət qapalı və ünsiyyətsiz qalanda da heç bir infeksiya ilə təmasda olmurduq. Lakin bir müddət sonra insanlar arasına çıxdıqda immun sistemimiz infeksiyalara tanış olmadığı üçün sürətli yoluxuruq və yoluxdururuq. Çünki virus yükü həddindən artıq artır. İnsanlar cəmiyyətlə ünsiyyətdə olmalıdır. Mütəmadi olaraq özümüzü viruslardan qorumaq immun sistemimizin zəifləməsinə və sürətlə yoluxmamıza gətirib çıxaracaq. COVID-19 dövründə təmas azaldığı üçün təkcə suçiçəyi yox, bütün infeksiyalara yoluxma azalmışdı".
S.Sevinc qeyd edib ki, hazırda suçiçəyinə yoluxma kəskin artıb: "Suçiçəyi həmişə olan infeskiyadır. İndi kəskin yoluxma müşahidə olunursa, bir müddətdən sonra yenidən öz səviyyəsinə qayıdacaq".
İnfeksionist əlavə edib ki, bu virusa qarşı laqeyd yanaşma onun daha da kəskin yayılmasına səbəb olur: "Valideynlər bəzən övladlarının suçiçəyi olduğunu anlamır. Ona adi allergiya kimi baxırlar. Bu zaman isə suçiçəyinə yoluxan uşaqlar məktəbə gedir, başqa uşaqlarla ünsiyyətdə olur. Bu da virusun kəskin yayılmasına səbəb olur. Suçiçəyinin yoluxduruculuq qabiliyyəti də çoxdur. Bu virusu daşıyan şəxs 1.5 metr məsafədən də digər insanları yoluxdura bilər".
Həkim qeyd edib ki, uşaqlar bu xəstəliyə yoluxduqda, dərmanlardan maksimum az istifadə etməlidir: "Azyaşlılar sağalmaya daha çox meyilli olur. Uşaq orqanizmi virusu tanıyır və dəf edə bilir. Əgər uşağın immun sistemi aşağı deyilsə, evdə müalicə etmək olar. Yalnız kəskinləşmə olarsa, bu zaman mütləq həkim nəzarəti lazımdır. Bu virus uşaqlar arasında yayılsa da, böyüklərdə də müşahidə olunur. Yetkin şəxslər yoluxmaq istəmirsə, immun səviyyəsini qaldıran dərmanlar qəbul etməlidirlər".
Qumral Əliyeva