Gündüz Abbaszadə "Qarabağ"dan AYRILDI
    • 13-06-2023, 15:55
    • 233

Gündüz Abbaszadə "Qarabağ"dan AYRILDI

"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə vəzifəsindən ayrılıb.

Bu barədə News24.az-a Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib.

Klub rəsmisi Abbaszadə ilə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını bildirib və onun yerinə hələlik təyinatın olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Gündüz Abbaszadə 2021-ci ilin fevralından "Qarabağ"da işləyib.