"Qarabağ"ın iki futbolçusu Almaniyada əməliyyat olunacaq
    • 18-01-2023, 21:17
    • 199

"Qarabağ"ın iki futbolçusu Almaniyada əməliyyat olunacaq

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Abbas Hüseynov yaxın günlərdə əməliyyat olunacaq.

Bu barədə News24.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib.

Onun sözlərinə görə, cərrahi müdaxilə Almaniyada baş tutacaq: "Şahruddin yaxın 1-2 gündə, Abbas isə yanvarın 25-dən sonra Almaniyaya yola düşəcək".

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin qolu sınıb, Abbas Hüseynov isə dizindən zədə alıb.