"Qarabağ"da daha bir ciddi itki
    • 16-01-2023, 21:22
    • 331

"Qarabağ"da daha bir ciddi itki

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

Bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu məlumatı Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib. 

Xatırladaq ki, Şahruddin 2016-cı ildən Ağdam klubunda çıxış edir. "Qarabağ" bir neçə gün əvvəl qapıçı ilə müqaviləsini 2026-cı ilin iyununa qədər uzadıb. 

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib. /Qol.az/