Dörd güləşçimiz Avropa üçüncüsü olub
    • 13-06-2023, 22:07
    • 198

Dörd güləşçimiz Avropa üçüncüsü olub

Azərbaycanın yunan-Roma güləşçisi Mahir Qurbanlı Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal əldə edib.

News24.az-ın məlumatına görə, 110 kq çəki dərəcəsində yarışan idmançı finlandiyalı Tomas Rusiyə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək 3-cü yeri tutub.

Bununla da Azərbaycanın yunan-Roma güləşçilərinin qitə çempionatında qazandığı medal sayı dördə çatıb. Daha əvvəl Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) Avropa üçüncüsü olublar.