“Üzqırxan kişi“: Mən məmur, nazir, vəzifəli şəxs ola bilmərəm — VİDEO
    • 14-06-2023, 12:20
    • 264

“Üzqırxan kişi“: Mən məmur, nazir, vəzifəli şəxs ola bilmərəm — VİDEO

"Mən kiminsə beyninə üzqırxan kişi kimi həkk olunmuşamsa, bu o insanların İQ səviyyəsini göstərir. Əgər həmin insan 90-cı illəri xatırlamırsa, ən çətin, ağır vaxtlarda 17-18 yaşlı uşaqların Moskvada qalib gəlməsini, 4 dəfə dünya çempionu olmasını xatırlamırsa, bu, mənim problemim deyil, məni üzqırxan kişi kimi xatırlayanın problemidir..."

News24.az xəbər verir ki, bu sözləri  Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə Söz.az-a müsahibəsi zamanı deyib.

Aktyor heç vaxt hansısa hərəkətindən utanc duymadığını qeyd edib:

"Bəhram heç vaxt heç bir hərəkətindən utanmayıb. Çünki həyatımda elə bir hərəkət olmayıb ki, ondan utanım. Səhvlər olub, problemlər olub, amma utanmaq yox. Çünki valideynlərim məni elə tərbiyə ediblər ki, öz hərəkətlərimə görə utanmayım".

Aktyor ona gələn bir çox vəzifə təkliflərinə "yox" dediyini də açıqlayıb:

"Mən çox vəzifələrə "yox" demişəm. Demişəm, deyirəm, deyəcəyəm də. Çünki artıq mənin vəzifəm var - azad insanam. İstəsəm, şərf taxıram, istəsəm, şlyapa taxıram, istəsəm, rəngli, maraqlı corablar geyinirəm, çünki mən azadam! Azad düşncəli insanam. Mən məmur, nazir, vəzifəli şəxs ola bilmərəm.  Elə həmin gün ölərəm, sönərəm. Hansısa idarədə gedib bütün gün nəfəsimi saxlayıb otura bilmərəm".