-
- 14-06-2023, 12:34
- 248
Bu restoranın fəaliyyəti məhdudlaşdırıldı
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı.
Bu barədə News24.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən paytaxtın Xətai rayonu, M.Hadi küçəsi, ev 376 ünvanında fəaliyyət göstərən “Yakudza” MMC-yə məxsus “Yakudza” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib.
Belə ki, müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, xammal və inqrediyentlərin xarab olma və çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar qovşağın mətbəxdə yerləşdiyi və qapısının birbaşa emal sahəsinə açıldığı müəyyən edilib.
Bundan başqa, müəssisədə müştərilərə təqdim olunması üçün nəzərdə tutulan, bir dəfəlik istifadə üçün qablaşdırılmış məhsulların üzərində etiket məlumatlarının göstərilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, döşəmə, divar və tavanın asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkar olunub.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, həmçinin müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.