Pul ödəməsən, mesajların limitli olacaq
    • 14-06-2023, 14:25
    • 165

Pul ödəməsən, mesajların limitli olacaq

"Twitter"in təsdiqlənməmiş istifadəçilərə mesaj limiti qoyacağı bildirilir.

News24.az xəbər verir ki, bunun üçün artıq tənzimləmələr də başlayıb. Abunə olmayan istifadəçilər günlük limitləri dolanda sabaha kimi mesaj göndərə bilməyəcək.

Qeyd edək ki, İlon Mask platformanı alandan sonra etdiyi dəyişikliklər xeyli abunəçinin ürəyincə deyil.