-
- 13-05-2022, 15:43
- 452
İlon Mask “Twitter”i satın alma sövdələşməsinin dayandırıldığını bildirib
İlon Mask “Twitter“ sosial şəbəkəsinin alınması ilə bağlı sövdələşmənin, oradakı saxta hesabların sayı ilə bağlı məlumatların yoxlanılmasına qədər dayandırıldığını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə o “Twitter“ hesabında bildirib.
““Twitter” sövdələşməsi spam və saxta hesabların istifadəçilərin 5%-dən azını təşkil etdiyini təsdiqləyən təfərrüatlar əldə olunanadək müvəqqəti dayandırılıb”, - məlumatda bildirilir.
“Twitter” səhmləri bu elandan sonra erkən ticarətdə 20% ucuzlaşıb, “Tesla”nın səhmləri isə 5%-dən çox bahalaşıb.
Xatırladaq ki, aprelin sonunda İlon Mask “Twitter”i 44 mlrd. dollara almaq barədə razılığa gəlib. Alqı-satqısını izah edərək, o, “Twitter”in bütün dünyada azad söz platforması olmaq potensialına inandığını bildirib.