Raquf Orucovun oğlu məzun oldu - FOTO
    • 14-06-2023, 18:40
    • 326

Raquf Orucovun oğlu məzun oldu - FOTO

“Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Orucov Bakı Oksford Məktəbindən məzun olub.

News24.az xəbər verir ki, bu barədə şəhidin həyat yoldaşı Sevinc Orucova Feysbuk səhifəsində qeyd edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsi iştirakçısı Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.