Aprel şəhidlərinin adına hazırlanan markalar şəhid ailələrinə təqdim olunub
    • 3-04-2019, 19:09
    • 899

Aprel şəhidlərinin adına hazırlanan markalar şəhid ailələrinə təqdim olunub

Bu gün aprel şəhidlərimizin adına hazırlanan xüsusi markalar şəhid ailələrinə təqdim olunub.  

News24.az
xəbər verir ki, markalar Azərbaycan Silahlı Qüvvələrinin və xüsusi təyinatlı qüvvələrin mayoru, Milli Qəhrəman
Samid İmanovun həyat yoldaşı Badam İmanovaya, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya və Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, "İgidliyə görə" medalı təltif olunan Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadəyə təqdim olunub.

Qeyd edək ki, digər markalar da aprel şəhidlərinin ailə üzvlərinə veriləcək.

Markalar "Azərmarka" mmc-nin təşəbbüsü ilə hazırlanıb.

Sevinc YASİNQIZI