"Yol qəzalarının sayının artmasının səbəblərindən biri sosial mediadır"
    • 15-06-2023, 01:53
    • 285

"Yol qəzalarının sayının artmasının səbəblərindən biri sosial mediadır"

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev yol qəzalarının sayının artmasının səbəbini açıqlayıb.

R.Tağıyev yol qəzalarının sayının artmasının səbəblərindən biri kimi sosial medianı qeyd edib.

“Kimlərinsə əyləncə hesab etdiyi əməl kimlərinsə həyatına son qoya bilər. Diqqət çəkmək üçün paylaşılan videolar tərəfimizdən aşkar edilir və xəta törədənlər məsuliyyətə cəlb edilir. Heç kim məsuliyyətdən kənarda qalmır. Qaydaları pozmaqla deyil, əməl etməklə diqqəti cəlb edək!”, - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi vurğulayıb.