Bakıda naməlum kişi meyiti tapılıb - FOTO
    • 22-02-2019, 16:28
    • 2 087

Bakıda naməlum kişi meyiti tapılıb - FOTO

Fevral ayının 21-də Səbail rayonunun M.Muxtarov küçəsində 45-50 yaşlarında, üzərində heç bir zorakılıq əlaməti olmayan naməlum kişi meyidi aşkar edilib.   

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 şəhər və (055) 226-54-54 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.