Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
    • 22-02-2019, 16:40
    • 1 060

Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

News24.az
xəbər verir ki, sərəncam Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi daşıyır. 

Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.