Diyarbakırda torpaq üstündə davada 8 nəfər öldürüldü
    • 15-06-2023, 12:45
    • 236

Diyarbakırda torpaq üstündə davada 8 nəfər öldürüldü

Türkiyədə torpaq üstündə dava zamanı 8 nəfər öldürülüb.

News24.az xəbər verir ki, Diyarbəkirin Bismil rayonunda torpaq mübahisəsi zəminində iki ailə arasında baş verən davada 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılarkən kənddə jandarma tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb.

Diyarbakır valisi Əli İhsan Su hadisə zamanı 7 nəfərin hadisə yerində, bir nəfərin isə xəstəxanada öldüyünü açıqlayıb. Vali qeyd edib ki, xəstəxanada olan 3 nəfərin vəziyyətləri normaldır.