Toy müharibəyə çevrildi! Silahlı davada 11 yaralı
    • 25-05-2023, 08:16
    • 193

Toy müharibəyə çevrildi! Silahlı davada 11 yaralı

Türkiyədə toyda iki ailə arasında düşmənçilik zəminində silahlı dava düşüb.

News24.az xəbər verir ki, hadisə Mardinin Yeşilli küçəsində keçirilən toyda baş verib. Mübahisə ilə başlayan gərginlik sonra daha da artıb. 

Stol, stul və silahların istifadə edildiyi davada 11 nəfər yaralanıb.

Hadisə yerinə polis və tibb işçiləri gəlib. Davaya polislər son qoyub.

Yaralılar hadisə yerində edilən ilk müdaxilənin ardından Mardin Təhsil və Araşdırma Xəstəxanasına, 1-i isə Kızıltepe Dövlət Xəstəxanasına aparılıb.

Polis hadisədə iştirak edənlərin saxlanılması üçün əməliyyata başlayıb. /Haber Global/