-
- 22-02-2019, 17:22
- 1 034
Murad Dadaşovdan Firuzə Cəlilovaya: “Məlumatlar həqiqəti əks etdirmir”
Bir neçə saat əvvəl aparıcı Firuzə Cəlilovanın xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “M Group Production” (MGP) şirkətinə icraçı direktor təyin olunması ilə bağlı xəbərlər yayılıb.
News24.az xəbər verir ki, şirkətin mətbuat xidməti “MGP"-nin fəaliyyətini hər zaman diqqətdə saxlayan və şirkətin hazırladığı layihələrlə bağlı istənilən xəbərə xüsusi yanaşan media nümayəndələrinin işini hər zaman yüksək qiymətləndirdiyini bildirib.
"Fəaliyyət göstərdiyi 16 il ərzində prodakşnımız Azərbaycanın nəinki tanınmış simalarına, aparıcılarına, eləcə də özünə güvənən, bu sahədə çalışmaq arzusunda olan istənilən şəxs üçün öz qapılarını açıb.
Aparıcı Firuzə Cəlilova da öz yeni layihələri ilə bizə müraciət edən və tərəfimizdən təşkilati dəstək alan tanınmış aparıcılardan biridir. Bu gün əksər saytlarda və xəbər portallarında aparıcının "M Group Production"ın icraçı direktor vəzifəsinə təyin olunması xəbərləri yayıldı. "M Group Production" olaraq bildirmək istəyirik ki, Firuzə Cəlilova hazırda şirkətlə əməkdaşlıq edir, amma təqdim etdiyi layihələrin icraçı prodüseri kimi. Aparıcının icraçı direktor vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mediada çalışan dostlarımızdan haqqımızda və ya bizimlə bağlı olan hər hansı bir məlumatı yaymazdan əvvəl mövqeyimizi öyrənmələrini xahiş edirik.
Teymur MƏMMƏDOV