"Dərmanlar qəbul edirəm" - Əməliyyat keçirən Fira
    • 25-08-2018, 14:10
    • 1 470

"Dərmanlar qəbul edirəm" - Əməliyyat keçirən Fira

Aparıcı Firanın (Firuzə Cəlilova) arıqlaması sosial şəbəkə izləyicilərini çox təəccübləndirib. 

Bir müddət əvvəl bədən şəkilləndirilməsi əməliyyatı keçirən aparıcı incə bədən quruluşu ilə sosial medianın gündəmindən düşmür. 

Məsələ ilə bağlı Firuzə Cəlilova ilə əlaqə saxladıq. Aparıcı saytımıza özəl açıqlamasında bunları dedi:

"Bildiyiniz kimi may ayında bədən şəkilləndirilməsi əməliyyatı keçirmişdim, yəni bədənimin ayrı-ayrı hissələrində artıq piylərdən qurtulmuşdum. İndi isə kökəlmək istəmirəm və buna görə iştahkəsici dərmanlar qəbul edirəm. Çoxlu su içirəm, gündə 1 dəfə yemək yeyirəm və əsasən dəniz məhsullarına üstünlük verirəm". 

Qeyd edək ki, Firuzə Cəlilova hazırda "Xəzər TV"də yayımlanan "Əlimin duzu" verilişini aparır. 

//BAKU.WS