-
- 22-02-2019, 17:41
- 591
"DSX-nin hərbi potensialı ciddi şəkildə səfərbər olunub" - Elçin Quliyev
"Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş texnikaları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sursatla təchiz olunub, istənilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə qadir hərbi qurumdur".
News24.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xidmətin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimində deyib.
O qeyd edib ki, qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin, Sərhəd Nəzarətinin formalaşdırılması və nümunəvi hərbi birləşmə səviyyəsinə yüksəldilməsi əldə olunan ən ciddi nailiyyətlərdəndir: "2016-cı ilin aprelində əks-hücum əməliyyatı zamanı düşmənin müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının darmadağın edilməsi zamanı keçirilən uğurlu əməliyyatlar düşməni döyüş əməliyyatlarını dayandırmasına məcbur etdi və bu qələbənin əldə olunmasına Azərbaycan sərhədçisi öz ciddi töhfəsini verdi.
Ötən ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrini almağımız hər birimizə qürur hissləri yaşadıb, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə etibar və etimadının növbəti ifadəsi olmuşdur.
Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviyyədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olunub, yaxın müddətdə sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işləri tam yekunlaşdırılacaq.
Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsiz və hüdudsuzdur!
Əminəm ki, ən yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımız düşmən tapdağından azad ediləcəkdir!
Əminəm ki, düşmən üzərində son qələbənin əldə olunmasında Azərbaycan sərhədçisi şərəflə iştirak edəcək, döyüş tapşırıqlarını uğurla, qalibiyyətlə icra edəcəkdir!
Əminəm ki, ötən ilin 15 iyununda bu hərbi hissədə başlamaqla çiyinlərimizdə "Zəfərə doğru" daşıdığımız müzəffər bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə dalğalandıracaq, dövlət sərhədlərimizin bütövlüyünü təmin edəcəyik!"