Təxribatların qarşısını almaq üçün müdafiə mövqeləri möhkəmləndirilib - DSX: RƏSMİ
    • 27-03-2019, 13:00
    • 962

Təxribatların qarşısını almaq üçün müdafiə mövqeləri möhkəmləndirilib - DSX: RƏSMİ

2019-cu ilin 25-26 mart tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­la­nılıb. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi isti­qa­mətində həyata keçirilən tədbirlərin icra və­ziy­yəti, “Qazax” sərhəd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, ərazi müdafiə­sinin və sər­həd mü­hafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqın­da məru­zələr dinlənilib.   
         
Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-isteh­kam tədbirlərinin gücləndirilməsi üzrə tapşı­rıq­lar verilib. 

Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləş­diril­məsi, müasir sər­həd müha­fi­zə infrastrukturunun yaradılması, sərhəd ko­mendantlıq­la­rında və sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların və əsgər ka­zarmalarının inşa edilməsi, sərhəd döyüş mən­tə­qələrinə yeni yolların sa­lınması, sənaye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə baxış ke­çirilmiş, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yük­səldilməsi üzrə göstərişlər ve­ril­ib.